суббота, февраля 27, 2010

"Səltənəti axtarın" Dr. Karl Stivens


27 FEVRAL

“SƏLTƏNƏTİ AXTARIN”

Matta 6:33 – “Ona görə də siz əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək”.

Məhəbbət, mərhəmət və lütf ilə dolu olan Rəbbimiz bizi yalvarır ki, biz hər şeydən əvvəl Tanrının Səltənətini və Onun salehliyini axtaraq.
Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. Hər şeydən öncə Onu axtarın və onda bunların hamısı sizə əlavə olaraq veriləcək (Matta 6:33).

Bu belə baş verir. Əhdi-Cədid imanlıları ilk öncə özlərini Tanrıya, daha sonra Tanrının iradəsi ilə həvarilərə həsr edirdilər (2 Korinflilərə 8:5). Bizə tətbiq etdikdə, bu o deməkdir ki, başqa işləri görməzdən əvvəl, hər səhər biz diz çökürük. Biz gərək bizim Xilaskarımız və Qurtarıcımız olan Rəbbimizi axtaraq.

Sizi yaradıb xilas edən Rəbbi axtarın və Onun yanına gəlin. Gedəndə Xilaskara belə müraciət edin: “Rəbbim İsa, Sən birincisən. Bu günləri qəbul edəcəyim hər bir qərarda birinciliyi Sənə və Kəlamına verəcəyəm. Mən Səninlə gəzəcəyəm, çünki Sən məni bütün Bibliyadan və eşitdiyim hər bir şeydən keçirtdin”.