пятница, февраля 19, 2010
"Hisslərdən daha üstün" Dr. Karl Stivens
19 FEVRAL
“HİSSLƏRDƏN DAHA ÜSTÜN”
Luka 23:34 – “Amma İsa deyirdi: "Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər". Onun paltarlarını püşk ataraq aralarında payladılar”.
Rəbb İsa əzablar içində can verərək, tənhalıqda Getsemani Bağında dua edəndə, qan damcıları tər şəklində Onun məsamələrindən üzə çıxdı. Rəbb İsa çılpaq şəkildə Çarmıxa vurularaq, kütlə içindən maymaqların istehza və rişxəndçiliyinə məruz qalmışdı. Onun üzü eybəcər halına salınmış, bədəni isə qamçılamadan sonra çapığlarla örtülmüşdü. Sizcə O, kütlədə olan həmin adamlara qarşı məhəbbət hiss edirdimi? Xeyr, hiss etmirdi.
Sizcə O həmin anda kiməsə qarşı məhəbbət hiss edirdimi? Xeyr, hiss etmirdi.
Sizcə O, Ata Tanrıya qarşı məhəbbət hiss edirdimi? Xeyr, Onun Ata Tanrıya qarşı məhəbbət hissi yox idi.
Buna baxmayaraq, O, Atanı sevirdimi? Bəli.
Mən o kəslər üçün çox narahatam ki, onların məhəbbət sərgüzəştləri yalnız böyük hisslərlə əlaqədardır. Mən etiraz etmirəm ki, hisslərin də öz rolu var. Əlbəttə ki, onlar rol oynayırlar. Lakin hisslər dəyişkəndir; onlar vəziyyətlərdən asılıdır. Həqiqi məhəbbət isə faktdır. Onun özü Tanrının təbiətidir, Onun mahiyyətidir.