понедельник, февраля 22, 2010

"Gücü işə salın" Dr. Karl Stivens


22 FEVRAL

“GÜCÜ İŞƏ SALIN”

Həvarilərin İşləri 1:8 – “Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaq, Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün sonuna qədər hər yerdə Mənim şahidlərim olacaqsınız”.


Elektrik lampasına bir nəzər yetirin. Əgər o qoşulubsa, onda görünür ki, elektrik cərəyan lampaya doğru axır, əks halda o işıq verməyəcəkdir. Lampaya enerjinin verilməsi sayəsində hər yer işıqlanır. Əgər lampa yanıb xarab olarsa, onda o artıq işıq verməyəcək.

Həyatlarında günaha yer verən xristianlar da heç bir işıq vermir (o şərtlə ki, onlar Məsihi öz Xilaskarı kimi həqiqətən qəbul ediblər). İmanlı meyvəsi ilə tanınar. Xristianlı dunamis – Tanrının gücünü əks etdirməlidir.

Cərəyan enerjini elektrik lampasına aparıb qaranlıq otağı işıqlandıraraq asanlıqla məftillərlə axan kimi Müqəddəs Ruh da bizdə axır və bizi bu dünyanın nuru edir. “Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaq, Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün sonuna qədər hər yerdə Mənim şahidlərim olacaqsınız” (Həvarilərin İşləri 1:8).