воскресенье, февраля 28, 2010

"Qüsursuzluqda gəzərək" Dr. Karl Stivens


28 FEVRAL

“QÜSURSUZLUQDA GƏZƏRƏK”

Zəbur 26:11-12 – “Mən isə qüsursuzluqda gəzirəm, Lütfünlə məni qurtar. Ayağım düzlük üstündə durur, Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm”.


Əgər mənə qarşı pis hərəkət ediblərsə, yeganə mənası olan şey, bu mənim qüsursuzluğumdur, lakin məni təhqir edən kəs deyil. Əgər mən qüsursuzluğumda gəzirəmsə, onda mən Müqəddəs Ruh və Tanrının məhəbbəti ilə dolu olaraq hay verəcəm. Ola bilsin ki, o insan doğrudan da yaramazdır, amma mən qüsursuzluğumda gəzməkdə davam edəcəm. Və bu cür hərəkət edərək, mən təkrar edəcəm: “Tanrım, lütfünlə məni qurtar”.

Sadəcə canlı Tanrı Kəlamının qüsursuzluğunda, lütfün qüsursuzluğunda, mərhəmətin qüsursuzluğunda və özünüzə olan məhəbbətin qüsursuzluğunda gəzdikcə, siz şəfa və təmizlənməni əldə edəcəksiniz. Siz özünüzdən razı qalacaqsınız və ayaqlarınız Qolqotada bərk duracaq. Çarmıx – toplantı arasında bərabər olan bir yerdir.

Kaş ki, biz hər zaman əvvəlcədən mövcud olanın qüsursuzluğunda gəzsəydik: Tanrının Kəlamı. Orada Onun bizə olan şərtsiz Məhəbbətinin genişliyini, uzunluğunu, ucalığını və dərinliyini aşkar edəcəyik (Efeslilərə 3:18-19).