четверг, февраля 18, 2010
"Əbədiyyətə nəzər salaraq" Dr. Karl Stivens
18 FEVRAL
“ƏBƏDİYYƏTƏ NƏZƏR SALARAQ”
Zəbur 90:12 – “Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun”.
Bu günləri insanın qarşılaşdığı ən böyük imtahan Tanrıya, Kəlama və Onun bədəninə qarşı familyarlıqdır. Sizin əbədiyyətdə taleyinizi müəyyən edən qərarlarda diqqətli olun. Əbədiyyətdən həzz almaq üçün sizdə gərək əbədi təminat vasitəsilə əbədi məqsədiniz olsun: Məhəbbətdə və Lütfdə əbədi həyat.
Hər an biz qərar verməliyik ki, əbədiyyətə nəzərlə yaşayaq. Kimsə bu günləri 18 yaşında ikən vəfat edəcək. Digəri də 25 yaşı ikən vəfat edəcək. Nə birincisi, nə də ikincisi heç düşünmürdülər ki, onlar belə tez öləcək. Yəqin ki, biz şok keçirərdik, əgər bilsəydik ki, bizlərdən bəziləri Tanrının təqviminə əsasən çox qocalıb.
Bunu xatırlayaraq, biz Tanrıya münasibətdə etdiyimiz seçimin vacibliyini dərk etməliyik. Bu seçim bizim dəyərlər sistemimiz haqqında şəhadət edir. Mömin dəyərlər sisteminə malik olan insan hər zaman həqiqəti seçəcək və qərar çıxardaraq, hər zaman ona sadiq qalacaq.