суббота, февраля 20, 2010

"Dolu olmaq zərurəti" Dr. Karl Stivens


20 FEVRAL

“DOLU OLMAQ ZƏRURƏTİ”

Yeşaya 1:6 – “Təpədən dırnağacan bədəniniz xəstədir, Bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, Yenə də vurulmuş yaralarınız Təmizlənməmiş, sarılmamış, Məlhəmlə yumşaldılmamışdır”.


Bizdə təpədən dırnağacan, əqlimiz də daxil olmaqla heç bir sağ yerimiz yoxdur (Yeşaya 1:6). Bu, ayıldan bir fikirdir. Onun mahiyyəti ondan ibarətdir ki, Ruhla dolma bizdə gündəlik baş verməlidir.

Hər səhər biz gərək can ataq ki, Tanrı ilə dolu olaq. Bizi ilahi nöqteyi-nəzərlə, baş verən vəziyyətlərə qarşı ilahi münasibətlə və ilahi qüdrət ilə təmin etmək üçün Müqəddəs Ruha icazə vermək üçün bizə şüurlu qərar vermək zəruridir, çünki bizim içimizdə sağlam bir şey, tamamilə heç bir şey yoxdur.

Müqəddəs Ruhla dolu olarkən, sevmək üçün mənə şüurlu qərar vermək gərəkli deyil. Müqəddəs Ruh Tanrının məhəbbətini ürəyimə töküb (Romalılara 5:5). Daha sonra Ruh bu məhəbbəti götürüb, mənim vasitəmlə dünyaya aşkar edir.

Müqəddəs Ruhla dolu olmaq seçimi bizim üçün zəruridir. Tanrı Məhəbbətdir. Onun Ruhu Məhəbbətdir. Ona görə də Ruhla dolu olarkən, biz sevirik, baxmayaraq ki hətta bizə bunun üçün daimi könüllü seçim etmək lazım olur. Əgər biz Ruhla dolu qalsaq, məhəbbət bizdə qalacaq. Sevməyin sirri elə bundadır. Tanrını sevməyin sirri, özünüzü sevməyin sirri və Məsihin Bədənində bir-birinizi sevməyin sirri bundadır.