среда, февраля 10, 2010

"Kül yerinə çələng" Dr. Karl Stivens


10 FEVRAL

“KÜL YERİNƏ ÇƏLƏNG”

Yeşaya 61:1-3

Çox gözəl bir mübadilə: kül yerinə çələng. Bizim günahımıza görə gətirilən qurbanlardan qalmış o kül haradadır? O, Levililər kitabında göstərilən günaha görə təmizlənmə haqqında əmrə uyğun ayrıca, təmiz bir yerdə yığılıb. Tanrı isə bizə nə verir? Kül yerinə çələng. Lakin bu hələ də son deyil. Biz kül ilə qidalanmadığımız üçün, O bizə yas yerinə sevinc gətirən məsh yağını verir.

Bir təsəvvürünüzə gətirin! Kül yerinə çələng almış xristianlı, həmçinin yas yerinə sevinc gətirən məsh yağını və kədərli ruh əvəzinə həmd libasını da aldı. Qəlbi belə doktrinlə dolu bir imanlı Rəbbin yanına göylərə gedəndə, biz qələbə xidmətini keçiririk. Və Tanrıya şükürlər olsun ki, bu xidməti artıq biz yas mərasimi adlandırmırıq. Fiziki bədənində mövcud olmayan bu imanlı artıq Rəbb ilə mövcuddur. Sevinmək üçün bütün səbəblər var.

Tanrının Quzusundan həzz alın. Tanrının məhəbbəti, Tanrının sevinci, Tanrının sülhü, Tanrının qüsursuzluğu və Tanrının qüdrətinin dadına baxın. Sadəcə Rəbb İsa Məsihin Kəlamının dadına baxın və kül ilə qidalanmağı tərgitin.