вторник, февраля 02, 2010
"Onun Adına hay verin" Dr. Karl Stivens
2 FEVRAL
“ONUN ADINA HAY VERİN”
Yəhya 16:13, 15:26 – “Lakin O – Həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi özbaşına söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. Sizə Atadan göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək”.
Rəbbin adına imanla Onun adının Ruhunda gəzən hər bir xristianlının nə qədər müqəddəs, həddsiz dərəcədə vacib və tamamilə çox qiymətli olduğunu ötürmək mümkün deyil. Sükan arxasında olanda, musiqiyə qulaq asanda, Rəbbə xidmət edəndə, biz Tanrının təbiətini və Onun atributlarını yüksəldirik.
Müqəddəs Ruh həqiqət Ruhu kimi aramızdadır. Gəlin vədin həqiqətində, münasibətlərin həqiqətində, ünsiyyət həqiqətində və Onun təbiətinin həqiqətində gəzməyə başlayaq. Biz Tanrı tərəfindən irəli aparılmağa başlayanda, bütün dünyada heç bir şey İsa adının təbiətinin həlimliyi, tabeçiliyi və hayı ilə müqayisə oluna biməz. İsa Məsih bizə icazə verir ki, biz Onun adı ilə adlanaq. Bu tamamilə yeni bir addır. Bu ad artıq “mən deyil, lakin Məsih”-dir. İndi bizim adlarımız belədir; dünya və iblis bunu bilir. İsa göylərdə necədirsə, biz də yer üzündə eləyik.