четверг, февраля 25, 2010
"Qüsursuz həyat sürərək" Dr. Karl Stivens
25 FEVRAL
“QÜSURSUZ HƏYAT SÜRƏRƏK”
Qalatiyalılara 5:16 – “Mən bunu deyirəm: Müqəddəs Ruha görə hərəkət edin, o zaman siz cismani təbiətin arzusunu əsla icra etməzsiniz”.
Qüsursuz həyat tərzi sürmək “çətin” deyil – mən heç vaxt başa düşmürdüm ki, insan nəyə görə bu sözü deyir, xüsusilə də əgər o, xristianlıdır. Günah işlətmək çətindir. Xainin yolu qəddardır (Məsələlər 13:15). Tanrının yolları çətin deyil. Onun boyunduruğu rahat və yükü isə yüngüldür (Matta 11:30).
Heç vaxt deməyin: “Məndə hər şey azdan-çoxdan dözümlüdür, lakin xristian həyatı çox çətindir”. Xeyr! Xeyr, qüsursuz həyat yaşamaq çətin deyil. Lakin yüngüldür. Xainlərin yolu ilə getmək çətindir. Məsihin yolu yüngüldür.
Və məhz Onun yükü və boyunduruğu yüngül olduğuna görə siz nə rüsvayçılığı, nə təqsiri, də mühakiməsi olan bir sülh tapacaqsınız. Məsihlə eyni bir boyunduruq altına girərək siz kamil sülh əldə edəcəksiniz. “Əksinə, Rəbb İsa Məsihi geyinin və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın” (Romalılara 13:14).