вторник, февраля 23, 2010
"Tordan qurtulmuşlar" Dr. Karl Stivens
23 FEVRAL
“TORDAN QURTULMUŞLAR”
2 Timoteyə 2:26 – “Özlərini istəyini yerinə yetirmək üçün əsir edən iblisin torundan çıxıb ayıq ola bilərlər”.
Tor bu tələdir. Bizdən çoxlarımız siçan və ya digər ziyanvuruculara qarşı tələ qoymağa məcbur olmuşuq. İblis bizə torlar qoyur ki, onların məqsədi xristianları özünü məhv etmə tələsinə salmaqdır. O öz iradəsinə görə istədiyi vaxt insanları əsir edir.
Məhz ona görə ruhani muxtariyyətdə yaşamağı öyrənmək çox vacibdir. Ruhani muxtariyyətdə hərəkət, istənilən vəziyyətdə Tanrının salehliyinə uyğun hərəkət etmək deməkdir. Biz öz əqidələrimizin həqiqətində yaşayarkən, qürur, təkübbür və ruhani xristianlılarla ünsiyyətdən ayrılma bizim üçün heç bir problem yaratmayacaq.
Rəbbə şükürlər olsun ki, O bizə iblisin istehkamlarını dağıtmaq üçün güc verir. Adəmin əvvəlki yalançı dili əvəzinə biz seçilmiş gümüşün satınalma dilini əldə etdik ki, qarşılaşdığımız hər bir yalanın üzünə həqiqəti bəyan edək.