пятница, февраля 05, 2010
"Müdrikliyi axtar" Dr. Karl Stivens
5 FEVRAL
“MÜDRİKLİYİ AXTAR”
1 Yəhya 2:4-5
Yaşım artdıqca, yeganə bir şey var ki onu axtarıram və bu da müdriklikdir. O bizim hamımıza lazımdır. Tanrını tanımaqda son dərəcə vacib bir şey var ki, bu da müdriklikdir. Mənim vaxtım çatmaz ki, sizə həyatımda qarşılaşdığım çox zəkalı insanlar haqqında danışım. Onlar çox dərrakəli və ağıllıdır – insanlar düz fikirlərlə heyran olaraq, onları çox böyük məmnuniyyətlə qulaq asır, lakin bu insanların müdrikliyi onların ənamına uyğun deyil.
Hələ gənc pastor ikən, mən müdrikliyi istəmək duasının dəyərini dərk etdim. Mən Tanrıya müraciət edib, gündəlik dua edirdim. Mən deyirdim: “Mənə verdiyin hər bir fikri mən vəz edəcəyəm. Mən səylə məşğul oluram; mən Sənin qanunlarına tabeyəm; lakin mənim müdrikliyim yoxdur. Xahiş edirəm, mənə müdrikliyi ver”.
Sizdən xahiş edirəm ki, bunu unutmayasınız: Bilik müdrikliyə tabedir, çünki müdriklik Müqəddəs Ruh tərəfindən Yazılardakı biliyin tədbiqi vasitəsilə Tanrının Kəlamında yazılı şəkildə göstərilən canlı Kəlam, İsa Məsihdir. Bilik müdrikliyə gərək tabe olsun. Biz bunu başa düşəndə, müdriklik özü ilə Tanrı qorxusunu, yəni Rəbbə çox dərin ehtiramı gətirərək, vaxt sabitliyinin mənbəyinə çevrilir.