пятница, февраля 26, 2010

"Kəlamdan gələn dəlillər" Dr. Karl Stivens


26 FEVRAL

“KƏLAMDAN GƏLƏN DƏLİLLƏR”

Yəhya 1:1 – “Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi”.


Dəlil – bu, bizim ürəklərimizə, qəlbimizə, iradəmizə və bədənimizə xidmət edən həvəsləndirmə qüvvəsidir. Nə ətraf mühit, nə də hisslər Tanrı ilə gəzməyə çağırmayanda, xristianlını imanla davam etməyə nə vadar edir?

Yəhya 1:1 demir ki, başlanğıcda məhəbbət var idi, baxmayaraq ki şübhəsiz başlanğıcda məhəbbət vardır. Biz isə oxuyuruq: “Başlanğıcda Kəlam var idi”. Bu son günlərdə bizim üçün ən güclü həvəsləndirmə amili bu, ən başlanğıcda mövcud olan şeylər haqqında anlayışın olmasıdır. Başlanğıcda isə Kəlam var idi. Biz Kəlamla yaradılmışıq (Yaradılış 2:7). Kəlam vasitəsilə göylər yarandı (Zəbur 33:6). Kainat Kəlamla təsbit olunub (İbranilərə 11:3). Hər bir şey Onun Kəlamın qüdrəti ilə saxnılır (İbranilərə 1:3).

Nə bizim hisslərimiz, nə emosiyalarımız, nə də rəylərimiz bizə dəlil göstərmək qabiliyyətinə malik deyil. Bu, Tanrı Kəlamının obyektivliyidir. İsa dedi ki, biz Tanrının ağzından çıxan hər kəlmə ilə yaşamalıyıq.