воскресенье, февраля 07, 2010
"Göylər bizim tərəfimizdədir" Dr. Karl Stivens
7 FEVRAL
“GÖYLƏR BİZİM TƏRƏFİMİZDƏDİR”
Mark 4:18-19
Bu qorxulu günlərdə, sizi daha çox nə maraqlandırır – kilsə piknikləri və ya dua toplantıları? İctimai hadisələr çoxlarında müjdələmədən daha çox vaxtını alır. Lakin bizlərdən çoxları ruhani döyüşlərin qəddarlaşmasını anlayırlar.
Bu günləri cəhənnəmin bütün zalım demonları İsa Məsihin Kilsəsinə hücum etmək üçün yığışırlar. Onlar çalışır ki, Müqəddəs Ruhun xidmətini boğub söndürsünlər və bizim xristian azadlığımızı məhv eləsinlər. Hətta bütün cəhənnəm bizə qarşıdırsa, Tanrıya şükürlər olsun, biz sevinə bilərik, çünki göylər bizim tərəfimizdədir! Tezliklə, şeypur bizlərdən İsa Məsihi sevənləri Onun hüzuruna dəvət edərək, Kilsənin göylərə qalxması haqqında xəbər verəcək.
Mən səbirsizliklə bu şeypurun səsini gözləyirəm ki, Rəbbim ilə üz-üzə gəlim. Onda mən laqeydlik maneələri, dağınıq fikirlər və məni bu dünyəvi həyatda yayındıran bütün bu şeylər olmadan Onu izzətləndirə biləcəyəm.