понедельник, февраля 15, 2010

"Bəlalardan qələbəyə doğru" Dr. Karl Stivens


15 FEVRAL

“BƏLALARDAN QƏLƏBƏYƏ DOĞRU”

Zəbur 51:17 – “Allaha məqbul olan qurban etiraf ruhudur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan!

Hər bir xristianlının içində Tanrının işığı var. Məsələ ondadır ki, kim onu görür? Onu çoxları görür, çünki xristianlıların çoxu Tanrıya icazə verir ki, onları sınıqlı etsin.

Tanrı qabı sındırır. Qab sınanda, işıq saçır ki, başqaları onu görə bilsin. Tanrı əmr etdi ki, işıq zülmətdən parlasın və bu işığı bizim ürəklərimizə saçdı ki, “İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin”.

Tanrı qabı hansı yolla sındırır? O, bəlalardan istifadə edir. “Hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik. Tə’qib olunuruq, amma tərk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq. İsanın ölümünü bədənimizdə həmişə daşıyırıq ki, Onun həyatı bədənimizdə aydın görünsün” (2 Korinflilərə 4:8-10).

Tanrı nəyə görə həyatımızda bəlalı günlərə yol verir? Bunu ona görə edir ki, İsanın həyatı aşkar olsun. Biz əziləndə qəbul etdiyimiz hər bir həqiqət kəlamından yapışırıq. Əzablar və bəlalar bizi yetkin, əsaslı, möhkəm və sarsılmaz edə bilər (1 Peter 5:10).

Bəlalar bizi İsaya yaxınlaşmağa vadar edə bilər. Dar yol həyata aparır.