среда, февраля 24, 2010

"Məsihin Sirri" Dr. Karl Stivens


24 FEVRAL

“MƏSİHİN SİRRİ”

Efeslilərə 3:5 – “Bu sirr əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndisə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır”.


Rəbb İsanın bizim mövcud olmağımız üçün məqsədi var və bu məqsəd Məsihin Bədəninin ayrı-ayrı üzvləri olaraq bizim Onun sirri ilə ünsiyyətə qoşulmaqdan ibarətdir. Məsihin sirri əvvəlki nəsillər dövründə açıq bildirilməmişdi. İndi isə Məsihin müqəddəs həvari və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır”. Sirrin açıq bildirilməsinin yeganə yolu var ki, bu yalnız Müqəddəs Ruh vasitəsilə mümkündür.

Müqəddəs Ruh bir şeyi təkrar edir: “Yaxınlaşın. Lütf Taxtına yaxınlaşın. Mərhəmətə yaxın olun. Tanrını sevən kəslərə yaxın gəlin”. Məsihin Bədəninə yaxın durun. Cinlərlə ünsiyyət nəticəsində murdar olmaq əvəzinə (1 Korinflilərə 10:20), biz gərək Məsih Bədəninin sirri ilə ünsiyyətdə olaq.

Bu sirr Tanrının Öz xalqı və Kilsəsindən istifadə etməsi qaydasının vasitəsilə açılır ki, insanlara bu dünyada Onun Kim olduğunu göstərsin. Bizim əsr bu, Lütf əsridir ki, Tanrı hamıya Onun müjdə vədindən dadmağa imkan verir.