четверг, февраля 04, 2010
"Tövbənin mühümlüyü" Dr. Karl Stivens
4 FEVRAL
“TÖVBƏNİN MÜHÜMLÜYÜ”
Həvarilərin İşləri 17:30-31
Tövbə əmrdir, lakin xristianların çox az bir hissəsi bunun nə olduğunu başa düşür. Nəticədə, həqiqi tövbə çox nadirdir. Bəzi imanlılar öz yollarını dəyişmək qərarlarının zəruriliyini anlayır və bunu etməkdə and içirlər; lakin onların əqlində və iradəsində heç bir dəyişiklik baş vermir.
Tövbə - Tanrı tərəfindən imanlıya verilən ənamdır. Davud deyirdi: “Ey bizi qurtaran Allah, bizə bəxtəvər günlərimizi qaytar” (Zəbur 85:4). Yeremya deyirdi: “Məni geri qaytar, qayıdım, çünki Allahım Rəbb Sənsən” (Yeremya 31:18-19).
Bu kişilər anlayırdı ki, tövbə insan iradəsi və ya onun cisminə görə baş vermir; tövbə Tanrıdandır. Tövbə qiymətsizdir. Həyatımız qeyri saleh olanda, dünyada ən böyük imtiyazlardan biri gözləmədən Tanrı ilə razılaşaraq Kəlamı dinləməkdir.