понедельник, февраля 08, 2010

"Məsih: Bizim Təminatımızdır" Dr. Karl Stivens


8 FEVRAL

“MƏSİH: BİZİM TƏMİNATIMIZDIR”

Matta 11:28-30

Əgər biz qayıq ilə dərin bir sularda olub dayanmadan avar çəkməyə məcbur olsaydıq, bizə çox çətin olardı. Bu çox yorucudur. Motoru olan qayığa malik olmaq daha yaxşıdır.

Bizim enerji mənbəyimiz var ki, bu da İsa Məsihdir; O, qayığı hərəkətə gətirir. Və bizdən tələb olunan yeganə bir şey budur ki, biz öz gücümüzə olan etibardan İsaya olan imana yönələk. Çoxları Tanrıdan hansı səbəbə görə müəyyən ağrıverən vəziyyətlərin həyatlarına Onun yol verməsi barədə sormağın nə olduğunu bilir. Onlar deyirlər: “Nəyə görə onlar məni incidir? Mən bilən, mən heç vaxt onlara pislik etməmişəm. Axı niyə bu şeylərin hamısı baş verir?” İsa cavab verərdi: “Mən istəyirəm ki, sən Mənim kimi olasan. Və əgər sən bu cür fırtına zamanı Mənim yanıma gəlib, yükümü götürüb, Məndən öyrənib, Məni tanısan, onda sən Mənim kimi ola bilərsən”.

Biz “Gəl” deyən sakit meh kimi səsi və dəvəti eşidə bilərik. Biz Onun yanına gələndə, Onun rahat olan boyunduruğunu və yüngül olan yükünü qəbul edirik. İsa Məsihlə bizi istənilən fırtınada qoruyan rahatlıq və sülhün tamlığı gəlir.