воскресенье, февраля 21, 2010
"Qüsursuz vicdan" Dr. Karl Stivens
21 FEVRAL
“QÜSURSUZ VİCDAN”
Mark 12:29-30 – “İsa cavab verdi: "Əmrlərin ən əsası budur: Dinlə, ey İsrail! Allahımız Rəbb, yeganə Rəbdir. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və var gücünlə sev”.
Vicdan hər şeyi həll edir. Əgər biz Tanrı həqiqətinin yalnız bir hissəsini tədbiq ediriksə və öz-özümüzü yalan məlumatı qəbul etmək üçün inandırırıqsa, onda biz vicdanımızı ləkələyirik. Ola bilsin biz həqiqət olmayan şeylərə inanırıq ki, bunun nəticəsində bizim şəxsi şərhimizin təsiri altında olan vicdanımız ləkələnir.
Tanrı istəyir ki, biz Onun Kəlamında ayrılmış olaq, çünki Onun Kəlamı həqiqətdir. O bizə deyir: “Qoy sizdə təmiz, mömin vicdan olsun və qoy o sizin düşüncə norma və standartlarının, qərarlarınızın, aranızdakı ünsiyyətin və sizə Müqəddəs Ruh tərəfindən hədiyyə verilən Mənim dəyərli Məhəbbətimlə davranışınızın meyarı olsun”.
Əvvəllər hiss etmədiyim qədər indi hiss edirəm ki, insan tarixində həlledici an gəlib. Bizim imkanımız var ki, Müqəddəs Ruhla dolu olan həyata qədəm qoyaq və Ona tam ürəkdən itaət olaraq, Tanrının Kəlamına daxilimizdə azad şəkildə axmağına icazə verək. Bizim əvvəllər etmədiyimiz qədər indi dua etmək, sevmək, insanlara Məsihi vermək imtiyazımız var. Bizim əvvəllər getmədiyimiz qədər şəhadət etməkdə bizim gücümüz olan Rəbbin qarşısında sevinclə (Nehemya 8:10) və kamil sülhdə (Yeşaya 26:3) irəli getmək üçün möhtəşəm imtiyazımız var.