суббота, февраля 13, 2010
"Çarmıxdan gələn eyniləşmə" Dr. Karl Stivnes
13 FEVRAL
“ÇARMIXDAN GƏLƏN EYNİLƏŞMƏ”
2 Timoteyə 2:12
Belçikalı kahin olan missioner Yusif de Vüsterin bir qardaşı vardır ki, Havay adalarında missiya xidməti üçün dəvəti eşidir. O xəstələnəndə, öz kilsəsində Ata Damian adı ilə tanınan Yusif, qardaşının yerinə Havay adalarında yerləşən cüzamlıların koloniyasında xidmət etmək üçün yola düşür. Cüzamlılara səhər və axşam vəz edərək, O hər vəzini “Mənim əziz qardaşlarım” sözləri ilə başlayır.
Günlərin bir günü o vəzə hazırlaşanda, onun ayağına qaynar su tökülür və o görür ki, bununla yanaşı o heç bir ağrını hiss etmir. Bu təkrar olunanda, onun ürəyi ona pıçıldayır ki, o da cüzam xəstəliyinə tutulub.
Növbəti səhər bu kahin öz vəzini belə başlayır: “Mənim əziz cüzamlı qardaşlarım”.
İsa Özünü bizimlə eyniləşdirirdi. O, insan oldu və bizə məxsus olan bütün ehtiyaclarla bir insan kimi yaşayırdı. O yatıb və yeməli idi; O ağlayırdı və Onun ürəyi kədərlənirdi.
Öz həyatımızı itirərək, biz Məsihin həyatını aşkar edirik. Bu, xəstə, ümidsizlikdə, ehtiyac içində olanlarla eyniləşən və fədakar bir həyatdır. Bu, Çarmıxın yanında olan bir həyatdır.