пятница, февраля 12, 2010

"Qolqotada qələbə" Dr. Karl Stivens


12 FEVRAL

“QOLQOTADA QƏLƏBƏ”

Matta 4:4


Çarmıx! İblisin ən çox nifrət etdiyi şeydir, çünki Bu onun yekun məğlubiyyətinin ifadəsidir. Çarmıx – bu, Məsihin Qolqotada axıra kimi yerinə yetirdiyi Bitirilmiş İşdir. Ona görə də İblis hər şeyə əl atır ki, öz silahı olan nəfsdən istifadə etməklə, xristianlıları Çarmıxdan yan keçməyi məcbur etsin.

İblis Tanrının Oğlunu Öz insan təbiətində Atanın iradəsini pozmağa məcbur etməyə çalışaraq, İsanı dəfələrlə sınağa çəkməyə cəhd göstərirdi. Qələbənin baş tutması üçün İsa çarmıxa çəkilməli idi. Bunu bilərək, İblis İsaya mane olmaq üçün əlindən gələni etdi.

Çarmıx - dirilmə həyatına olan qapıdır. Məhz orada, İsa ölüm üzərində qələbə çaldı və onun neştərini yox etdi. Məzar artıq qələbəni qeyd edə bilməz və biz artıq heç bir qorxuda, hətta ölüm qorxusunda belə yaşamalı deyilik.