пятница, апреля 30, 2010

"Ürəyin Bərpası" Dr. Karl Stivens


30 Aprel

ÜRƏYİN BƏRPASI

Zəbur 33:21 – “Bizim qəlbimiz Onda sevinc tapır, Müqəddəs isminə arxalanmışıq”.


Allahın Kəlamı göstərir ki, lütfün hər bir vəhyi ürəkdə təcrübədən keçir. Burada mərhəmət dərk olunur, məhəbbət sevinir və vədlər həyata keçir. Bütün bunlar ürəyi qorumaq üçün baş verir.

Eşidən ürəyə sahib olan imanlı Allahın əqlinə malik olur ki, bu da onun qəlbinin dərrakəsinə nəzarət edir. Onun emosiyaları sakit və rahatdır. Onun Kəlam, dua, iman, müjdəçilik və missiyalar üçün bacarığı var. Bağışlanma və Məsihin Bədənində həyat üçün qabiliyyət yaranır, çünki Məsihin əqli daxil olub yeni ürək yaratmışdır.

Bu, doğrudan da insanın istənilən probleminə dair olan Allahın nöqteyi-nəzəridir. Cavab başqa məsləhətçinin olmasında və ya dünyəvi müdrikliklə təmin edən və Allahı yalnız axırda yada salıb aşağıdan nazil olan kurslarda deyil. Xeyr, cavab İsa Məsihdən yapışıb deməkdir: “Sən məni yaratmısan. Sən mənə görə ölmüsən. Sən məni sevirsən. Sənin Kəlamın təmizdir və əbədi olaraq göylərdə təsbit olunub. Göy və yer keçsə belə, Sənin Kəlamın heç vaxt keçməyəcək. O canlı və güclüdür və yalnız o mənim qəlbimə və ruhuma keçə bilər. O mənim ürəyimdə hərəkətverici tənqidə çevrildi”.