суббота, апреля 24, 2010

"Təhlükələri Vədlərlə qarşılayın" Dr. Karl Stivens


24 Aprel

TƏHLÜKƏLƏRİ VƏDLƏRLƏ QARŞILAYIN

Filipililərə 4:6 – “Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin”.


Cəmiyyəti qorxudan şeylər haqda düşünün. Bizim əmin-amanlığımız üçün ən qorxulu olan iki təhlükəni - tənhalıq və həyəcanı qeyd edirlər, amma bunlar nadir hallarda müzakirə olunur. Sirli, mistik tənhalıq və həyacan, naməlum şeylər dünyasında risk edən və sağ qalmaq üçün mübarizə aparanları qorxuya salır.

Kosmik tənhalıq və kosmik həyəcan imanlıları Allahla təsəvvürünü inkişaf etdirmək və Allahın yaradıcı lütfünə daxil olmaq şərəfindən məhrum edir. Bu şeylər onları Allahın vədləri vasitəsi ilə imanla yaşamaq imtiyazından məhrum edir. Eləcə də, bu şeylər Tanrının Çarmıxı vasitəsi ilə gələn təvazökarlığı və Tanrının Ruhu ilə axan məhəbbəti oğurlayır.

Tanrının vədlərini dərk edəndə, onlar bizim bir hissəmizə çevrilir və gec-tez bizim mənbəyimiz olur. Bu dünyanın mənbələrindən götürmək əvəzinə, biz Ruhani sənayenin ilahi müəssisəsindən qidalanırıq. Biz ruhaniliyin həyatını inkişaf etdirib, çox təcrübi və səyli həyat yaşayacağıq.