четверг, апреля 08, 2010

"Yeni Əqli Geyinin" Dr. Karl Stivens


8 Aprel

YENİ ƏQLİ GEYİNİN

Filipililərə 2:5 – “Məsih İsa necə düşündü, siz də elə düşünün”.


Gördüyüm bir problem odur ki, bir çox xristianlar öz düşmüş təbiətləri və təbii xasiyyətlərinə qarşı laqeyd olublar. Onlar – “Bu sadəcə insanın kim olduğunun bir hissəsidir”, deyərək qəbul edirlər.

Ayıb olsun sizə? Bunu eşitmək kimə lazımdır? Bəli biz insanıq. Amma biz qəbiri boş görən insanlar kimi yaşayırıq. Biz ilahi qabiliyyətin qüdrətinə malik olan kəslərik. Tanrının bu Qüdrəti insanı əbədi yaşada bilər və ona kamil izzətlənmiş bədən verəcəkdir.

Qoy Tanrının mərhəməti və iltifatı ilə əqlimiz hər səhər yeni olsun. Qoy həyatlarımız, başlanğıclarımız, ürəklərimiz, motivlərimiz, zəminlərimiz, fərziyyələrimiz, nəticələrimiz, dostluqlarımız, münasibətlərimiz yeni olsun.
Gəlin məktubun köhnəliyini kənara qoyaq və sadəcə olaraq yeni məxluq kimi Yeni Əhdə uyğun olaraq yeni həyat yaşayaq.