четверг, апреля 01, 2010
"İmanın Sınağı" Dr. Karl Stivens
1 APREL
“İMANIN SINAĞI”
Yaradılış 12:2-3 – “Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq”.
İmanlı böyüdükcə Tanrı hökmən onun itaətkarlığını və şübhələrini sınayacaq. İbrahim Xaldeylilərin Ur şəhərindən çıxaraq, az sonra aşkar edir ki, Tanrının onu çağırdığı yerdə aclıq baş alıb gedir. Dərrakəli olan İbrahim öz ailəsinin qayğısını çəkməlidir və ona görə Misirə üz tutur. “Xeyr”. İbrahim ona naməlum olan yerə imanla getməyə çağırılmışdı.
Tanrı vəd vermişdi ki, onun ehtiyaclarını örtəcək və ona Öz iltifatını göstərəcək. Lakin İbrahim özü və nəzərlə görünən şəxsi ehtiyacları ilə o dərəcədə məşğul idi ki, Tanrıya qulaq asmırdı. Əlbəttə, Tanrı aclığın baş verməsinə icazə verdi ki, İbrahimi imana geri qaytarsın!
İman – yeganə şeydir ki, Tanrını razı salır (İbranilərə 11:6). Heç zaman vəziyyətlərin, ehtiyacların və təminatın təzyiqi altında qərar çıxarmayın. Sizin təminatınız imanla canlı Tanrıdan gəlir. Tanrı qəsdən elə edir ki, Onun planı bizi aciz etsin. Öncə O bizim acizliyimizi göstərir, lakin sonra isə onu həll edir.