среда, апреля 14, 2010
"Məhəbbətlə qaldırılan" Dr. Karl Stivens
14 Aprel
MƏHƏBBƏTLƏ QALDIRILAN
2 Korinflilərə 12:15 – “Mən də sizin həyatınız uğrunda sevinə-sevinə malımdan və canımdan keçəcəyəm. Sizi daha da çox sevsəm, daha az seviləcəyəmmi?”
Şairə Elizabet Barret Brouning əlil idi: o hətta yatağında belə otura bilmirdi. Amma sonra o başqa bir məşhur şair olan Robert Brouninq ilə tanış olur və onlar biri-birinə dəlicəsinə aşiq olurlar.
Robert Brouninq ilə ilk görüşdən sonra Elizabet qalxıb oturdu. Bundan öncə o bunu etməmişdi. Robertin ona olan məhəbbəti onu əvvəl bacarmadığı bir şeyi etməyə vadar etdi. Robertin növbəti gəlişində, o ayağa qalxıb yeridi. Tezliklə, bu cüt evləndi və İtaliya sahilində məskunlaşdı ki, orada da o tamamilə sağaldı.
Robert Brouninqin Elizabet Barretə olan ecazkar məhəbbəti onu yataqdan qaldırdı. O oturub yeriyə bilirdi və bir də heç vaxt əlil olmadı! O qayğısına qalan, məhəbbəti ilə problemdən azad edən bir insana rast gəldi.
İsanın etdiyi də elə budur. O bizi sevir və zəifliklərimizdən qaldırır. O bizə sağlamlıq, sevinc və həqiqi məhəbbət verir.