четверг, апреля 29, 2010

"Qurtuluş Planı" Dr. Karl Stivens


29 Aprel

QURTULUŞ PLANI

Zəbur 119:105 – “Sözün hər addımım üçün çıraqdır, Yollarıma işıqdır”.


İnsanın qurtula biləcəyi yol budur. Allahın Kəlamı vəz olunanda, o, əqlə daxil olur və sonra Müqəddəs Ruh insan ruhu vasitəsi ilə onu ürəyə köçürür. İnsan qəlbinin işıqlandırılması, bu, Allahın kamil qəti planıdır. İnsan günahını etiraf edəndə, o, həmin anda bağışlanır, çünki İsa Qolqotada o günahı öz bədəni ilə aparmışdır.

Elə izzətli Müjdə budur! Kəlam bu cür insanın həyatında iti və qüdrətli olur. Əvvəlcə o bəzi həqiqətləri öyrənir, sonra o bunları İsa Məsihə olan imanı ilə qarışdırır. Bu baş verəndə həqiqət insan ruhuna keçir, ürəyə daxil olur və insana Allahın hər bir sözü ilə yaşamağa motivləşdirir və enerji verir.

Nə baş verdi? Ürək Allahın nöqteyi-nəzərinin mərkəzinə çevrildi. Lütfün işlədiyi prosesdə Allah oradadır. Artıq bu, o yerdir ki, burada imanlı öz imanın təşəbbüs etməyə, mərhəmətə hay verməyə və Allahın təbiətini real həyatda tətbiq etməyə başlaya bilər.