вторник, апреля 27, 2010
"Böyük Örtük" Dr. Karl Stivens
27 Aprel
BÖYÜK ÖRTÜK
Çıxış 33:22 – “İzzətim keçəndə səni qayadakı bir yarığa qoyacağam; Mən keçənə qədər səni əlimlə örtəcəyəm”.
Bütün zamanların ən böyük örtüyü o zaman baş verir ki, hər şeyə qadir Allah qeyri kamil insanı götürüb Özündə gizlədir. O, insanı Öz əli ilə elə örtür ki, onun günahını görə bilməsin. Bax bu örtükdür!
Biz Qayada, Xilaskarımız İsa Məsihdə gizlədilmişik. Biz Onun mismarla deşilmiş əli ilə örtülmüşük. Onun izzəti bizdən yan keçir və Onun əli bizi elə örtür ki, O bizim günahlarımızı görə bilməsin. Sadə xristianlı bunun mənası haqqında heç vaxt düşünmür və Bitirilmiş İş imanlıları üçün bitirlimiş olan bir şeyi yaşamayan xristian dünyası ilə təmasda olmaq çox çətindir.
Biz Məsihlə Allahda gizlədilmişik (Koloslulara 3:3). Biz Məsihdə yeni məxluquq (2 Korinflilərə 5:17). Biz səmavi aləmdə oturdulmuşuq (Efeslilərə 2:6), və biz Onun bədəninin üzvləriyik, Onun əti və sümüklərindənik (Efeslilərə 5:30). Biz Onunla bir Ruhuq (1 Korinflilərə 6:17). Satın alınmış, qurtulmuş, gizlədilmiş, təmizlənmiş, kamilləşdirilmiş və bitirilmiş – bütün
bunlar bizə aiddir!