воскресенье, апреля 25, 2010

"Böyük şeylər arzulayın" Dr. Karl Stivens


25 Aprel

BÖYÜK ŞEYLƏR ARZULAYIN

1 Şamuel 17:45 – “Davud isə Filiştliyə dedi: “Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm”.


Həyatın dəyərləri həyatın məqsədlərini törədir, həyatın məqsədləri isə əməllərə gətirib çıxardır. Sizin əməlləriniz isə hər zaman yardım etmək üçün yaxında olan Allahın Kəlamı və Lütfü ilə yoxlanılır. Ona görə də siz Allahın Kəlamı üzərində diqqətinizi cəmləmək qabiliyyətini inkişaf etdirməyə imkanınız var.

Allahın lütfü və Allahın iradəsi vasitəsi ilə hər bir sahədə formalaşan istək, məqsəd, və niyyətlər sizə arzuya malik olmağın nə olduğunu açıqlayacaq.

Yeniyetmə ikən Davud atasının qoyunlarının qayğısına qalırdı. Şir və ayı Davuda hədə -qorxu gələn zaman, Davud o qədər Allahın düşüncəsinə malik idi ki, Allah ona gözəl qələbə verirdi. Davud özünü Tanrının cəngavəri kimi görürdü. Sonra o, nəhəng Qoliatı məğlub etdi və bütün İsrail xalqını filistimlilərin hökmranlığından müdafiə etdi. Hələ gənc ikən Davudun arzusu vardı və bir gün o, sapandla irəli çıxaraq Qoliatı öldürdü.

Davudun arzusu vardı.