пятница, апреля 09, 2010

"Yavaş-yavaş" Dr. Karl Stivens


9 Aprel

YAVAŞ-YAVAŞ

Qanunun təkrarı 7:22 “Allahınız Rəbb yavaş-yavaş o millətləri qarşınızdan qovacaq. Onları tezliklə məhv edə bilməyəcəksiniz, yoxsa çöl heyvanları üstünüzə daraşar”.


Biz bir dəfəyə bir çox qələbə qazana bilərik, hətta, müəyyən problemlər dərhal yox ola bilər. Amma bəzən Tanrı düşmənlərimizi yavaş-yavaş qovur.
“Vəhşi heyvan” sözü Qanunun təkrarı 7:22-də natəmiz ruhlardır. Bunlar həyatlarımızdan yavaş-yavaş qovulur, belə ki, biz cismimizin nailiyyətləri ilə fəxr etməyəcəyik. Bir çox xristianlar başqalarını mühakimə edirlər, halbuki, özləri həmin sahədə yıxılırlar.

Həyatımda bir çox proseslərdən sadəcə olaraq yaşıma və təcrübəmə görə keçmişəm. Amma mən böyümək üçün mənim qədər vaxtı olmayan kəslərə tənqidi yanaşa bilmərəm. Biz hamımız lütfdə böyüməkdəyik. “Yavaş-yavaş” o deməkdir ki, elə vaxt olacaq ki, biz geri çəkilməli olacağıq. Lütfdə böyüməkdə davam edəcəyik. Dayanmayacağıq. Təslim olmayacağıq. Əgər yıxılırıqsa, dayanıb özümüzü mühakimə etmirik, amma, irəli getməkdə davam edirik.

Tanrı bu cür düzlüyə ehtiram göstərəcək və bu da lütfün ləyaqəti və ehtiramında bizim gücümüz olacaq.