понедельник, апреля 12, 2010

"İlahi Həlimlikdə olan Səlahiyyət" Dr. Karl Stivens


12 Aprel

İLAHİ HƏLİMLİKDƏ OLAN SƏLAHİYYƏT

Amos 3:3 – “İki nəfər razılaşıb görüşməsə, Birgə yol gedərmi?


Bu gün sizə demək istəyirəm ki, bir pastor kimi öyrəndiyim bir şey varsa, o da iki nəfərin razılığa gəlmədən birgə getməsinin mümkün olmadığıdır. Məsləhət vermə toplantılarını sevirəm ki, orada Allahın insanları Allahla razılığa gəlirlər. Vəziyyətlərinin nə cür olduğundan asılı olmayaraq, onlar sadəcə olaraq Allahla razıdırlar. Bu çox dəyərlidir.

Həlimlik o deməkdir ki, mən Allahın xasiyyəti ilə razıyam. Əgər mən Allahın xasiyyəti ilə razıyamsa və ona etibar edirəmsə, mənim hələ də istəməyə və inanmağa tam ixtiyarım var. Lakin bu halda mən nə baş verməsindən asılı olmayaraq, məni qoruyan və xeyir dua verən Onun xasiyyətinin lütfünü və məhəbbətini tam olaraq qəbul edirəm. Əgər istədiyim dərhal baş vermirsə, bu o deməkdir ki bu zaman mən Məsihin surətinə uyğunlaşaraq dəyişilirəm.

Bəzən Allah bizi Ondan gözləməyi öyrədir. Bu gözləmə prosesində biz etibar etməkdə və ilahi intizarda böyüyürük. Sülh və əminlik bizim gücümüz olur. Biz Allahla razılaşırıq ki, Onun planları və məqsədləri kamil və əbədidir. Biz görürük ki, hər şey Allahındır və hər şey bizim xatirimizədir.