вторник, апреля 06, 2010
"Həyatın Dirilmə Tərəfi" Dr. Karl Stivens
6 Aprel
HƏYATIN DİRİLMƏ TƏRƏFİ
Yəhya 21:3 – “Şimon Peter onlara «balıq ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedi. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər”.
Mənim üçün Bibliyada ən məzəli səhnə Yəhya 21-ci fəsildədir. Bunu heç vaxt anlaya bilməyəcəyəm. Peter dirilmiş İsanı artıq iki dəfə görüb, amma yenə də deyir: “Mən balıq tutmağa gedirəm”.
İndi isə Luka 5, Peterə deyilmişdi ki, daha heç vaxt balıq ovuna çıxmasın. Amma, Peter “mən balıq tutmağa gedirəm” deyə üsyan edir . Niyə? Mühakimə. Rüsvayçılıq. Özü barədə miskin ruhani təsəvvür. Peter İsanın dirildiyini bilirdi, amma, çox utanırdı. O İsanı inkar etdiyini və Rəbbin dönüb ona necə baxdığını xatırlayırdı (Luka 22:61-62).
İsa döndü ki, Peter Onun gözlərindəki şəfqəti görsün, Peter isə gedib acı-acı ağladı. O özünü bağışlaya bilmirdi.
Xahiş edirəm bunu düz başa düşəsiniz: fərqi yoxdur nə etmisiniz, Tanrının əhfini qəbul edin. Bu əhfi tam qəbul edin ki, günahınızı hətta yadınıza belə sala bilməyəsiniz. Siz Müqəddəs Ruhla dolacaqsınız və həyatın dirilmə tərəfində yaşayan imanlı olacaqsınız.