суббота, апреля 17, 2010

"Onun Planı daha Böyükdür" Dr. Karl Stivens


17 Aprel

ONUN PLANI DAHA BÖYÜKDÜR

1Yəhya 4:19 – “Biz Onu sevirik, çünki öncə O bizi sevdi”.


Biz Allahı iki səviyyədə sevirik: Mövqeyi olaraq “Biz Onu sevirik, çünki öncə O bizi sevdi”(Yəh.4:19), və həyat təcrübəmizdə biz Allah Kəlamının ürəklərimizdə bol şəkildə məskunlaşmasına izn verərək Onu sevirik (Kol.3:16).

Kəlam ürəyimdə bol olaraq yaşamasa, Allahın planını heç vaxt anlaya bilmərəm. Allahın Kəlamı hər bir imanlıya Allahın iradəsini göstərir. O mənə izn verir ki, bir imanlı kimi Allahın icazə verən iradəsində yaşamağı seçim. Amma mən tövbə edib günahımı tərk edən kimi, Allah mənfi qərarlarımın nəticələrini Öz əllərinə götürür və onları yaxşılığa doğru yönəldir.

Allahın kəlamı ürəyimdə yaşadıqca Lütfü anlamağa başlayacağam və mənim vicdanım düşüncəmi idarə edəcək. Allahın planı bizim günahımızdan da böyükdür, bizim qanunsuzluqlarımızdan da böyükdür, səhvlərimizdən də böyükdür, müvəffəqiyyətsizliklərimizdən də böyükdür, uğurlarımızdan da böyükdür. Onun planı bizim ağlımıza gətirə biləcəyimiz belə hər bir şeydən böyükdür.