воскресенье, апреля 11, 2010
"Doğru Səlahiyyət" Dr. Karl Stivens
11 Aprel
DOĞRU SƏLAHİYYƏT
İbranilərə 12:3 – “İmanımızın Banisi və Kamilləşdiricisi olan İsaya gözümüzü dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu”.
Manipulyasiya və ya nəzarət edən hər hansı bir münasibət yanlış səlahiyyətdir. Lakin doğru səlahiyyəti isə biz çox vaxt başa düşmürük. Bu dünyada Öz işinin icrası üçün Tanrı lütf hədiyyəsi olaraq səlahiyyətli nümayəndələr verir. Bu cür rəhbərlərə kömək etməyimiz vacibdir. Biz onların imanını dikəltməliyik.
Zəif səlahiyyət olanda, çaşqınlıq ehtimalı yaranır. Tanrının hakimiyyəti onun üçün nəzərdə tutulub ki, insanları İblisin kosmik sistemində baş verən müharibədə qorusun.
Əsl səlahiyyət sizin kim olduğunuzdan və ya hansı vəzifə tutduğunuzdan irəli gəlmir. Əsl səlahiyyət tabeçilik vasitəsilə izhar olunur. Əgər siz Məsihə tabesinizsə, onda Tanrı sizin idarəçiliyinizdə Onun səlahiyyətinin olması barədə əmin edicəcək.
İsa Məsihin ona görə səlahiyyəti var ki, O, Atanın planına tabe oldu və Öz insaniyyətində Müqəddəs Ruh vasitəsi ilə yönəldilirdi. Onun xidməti ilə bağlı olan hər bir möcüzənin açarı bunda idi, və bu cür tabeçilik bizim də uğurumuzun açarıdır.