среда, апреля 07, 2010

"Qaliblə Birlik" Dr. Karl Stivens


7 Aprel

QALİBLƏ BİRLİK

Efeslilərə 5:30 – “Axı biz Onun bədən üzvləriyik, Onun ətindən, sümüklərindənik”.


Biz Qaliblə ittifaqdayıq. O hər bir şey üzərində qələbə çalıb, buna görə də biz sadəcə qalib deyilik, amma, daha üstünük. Biz Onunla ittifaqdayıq.

Etməli olduğumuz yeganə şey əqlimizi səmavi şeylərdə yerləşdirməkdir (Kol.3:2). Biz bunu anbaan etməyi öyrənməliyik və elə etməliyik ki, söhbətimiz səmavi olsun (Filipililərə 3:20).

Xristianların diqqətsiz danışdıqlarını müşahidə etmişəm. Onlar tez yayınırlar və bəzən həyati xırdalıqlar onları çaşdırır. Çoxları qalib olmaq yerinə məğlub olurlar.

Bizim söhbətimiz göylərdən olmalıdır – dünyəvi kosmik nöqteyi nəzərdən deyil. Qaliblər imanla gəzirlər və daima Müqəddəs Ruhla dolurlar. Tanrı qaliblərə Öz qabiliyyətini, Öz qüdrətini və Öz hüzurunu verir (1 Peter 1:5).