вторник, апреля 13, 2010

"Həyat Mənəm" Dr. Karl Stivens


13 Aprel

HƏYAT MƏNƏM

Yəhya 11:25-26 – “İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna iman edirsənmi?”


Arxaca daxil olan hər bir kəs oraya İsa Məsih vasitəsi ilə daxil olmalıdır. Oraya daxil olan otlaq tapır. O, istirahət yeri tapır və o yerdə heç nəyə möhtac olmayacaq. Böyüdükcə, o, Allahın tam məsləhətinə, Bitirilmiş işə, Bibliya doktrininə öyrədən yerli kilsə tapır – Allah Kəlamının otlağını.

İsa gəldi ki, bizə bu bol həyatın təminatını versin. O, həyat verəndir. Hər hansı bir insanın Allahla gəzişində harada olmasını, siz onun Allah tərəfindən veriləni necə qəbul etməsinə görə deyə bilərsiniz: bol həyatı.

Yəhya 14:6-da İsa deyir: “Həyat Mənəm!”

Məsihin yanında olun və Onun həyatını qəbul edin. Məsihlə olun və kimin ardınca getməli və nə etməli olduğunuzu biləcəksiniz. Siz emosiyalarda olan mübarizə və vuruşmada, ehtiras izləri və köhnə günahlı təbiətdə mövcud olmayacaqsınız. Məsih gəldi ki, bütün bu şeyləri çarmıxa çəksin və basdırsın. Onun yanında və Onun insanları ilə olun və sizin həyatınız olacaq!