пятница, апреля 23, 2010
"Məhəbbətin Taleyi" Dr. Karl Stivens
23 Aprel
MƏHƏBBƏTİN TALEYİ
1 Salonikililərə 4:17 – “Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində qaldırılacaq və beləcə daim Rəblə olacağıq”.
Allah sizi Öz surətində yaratdı və Öz Oğlunu sizə görə ölmək üçün çarmıxa göndərdi. Siz xilas olandan sonra O sizdə yaşamaq üçün gəldi və sizi heç vaxt tərk etməyəcək. O sizi əbədi olaraq sonsuz məhəbbətlə sevir. Bir gün O sizi kamil edəcək və bu, siz ölümdən sonra Səmalara evə getdiyinizdə, və ya O, Kilsəsini buludlara Qaldırılmağa dəvət edəndə baş verəcək. Bu anda O sizə Oğlunda olan kimi kamil bədən verəcək.
Hər bir xristianlının öz taleyi var. Bizim əbədi həyatımız var və biz əbədiyyəti Allahla keçirəcəyik. Allahın padşah ailəsinin üzvləri kimi biz əbədi olaraq müqəddəs olmağa müəyyən olunmuşuq. O bizi əbədi məqsədə daxil olmağa və Onun Oğlunun surətinə dəyişilməyə çağırır.
Ah, nə gözəl taledir! Buna görə də O istəyir ki, siz indi Onunla görüşməyə hazırlaşarkən sevinclə dolu, bol, təmiz həyata malik olasınız. O istəyir ki, siz Onun Kəlamına və Onun Ruhuna qarşı müsbət qərarlar qəbul edəsiniz və hər bir fikri Ona tabe edəsiniz.