воскресенье, апреля 04, 2010
"Şəxsi Çarmıx" Dr. Karl Stivens
4 Aprel
ŞƏXSİ ÇARMIX
Matta 10:38-39 – “Çarmıxını götürüb ardımca gəlməyən Mənə layiq deyil. Canını qoruyan onu itirəcək. Mənim uğrumda canını itirən isə onu qoruyacaq”.
Bir çox xristianlar sonu görünməyən problemlərdən təngə gəlirlər, çünki, öz çarmıxlarını götürmək istəmirlər. Onlar İsa Məsihlə olan ölümünü, basdırılmanı və dirilməni qəbul etmirlər.
Günün hər bir anında mən çarmıxımı götürməyə qərar verməliyəm. Əgər mən bu qərara münasibətdə passivəmsə, bu passivlik göstərir ki, mən öz çarmıxımı yalnız hərdən, adətən maddi xeyir-dua olanda götürürəm.
Məsələn, əgər işçi hər gün öz çarmıxını götürürsə, o işdə həmişə şəndir və lazımi enerji ilə işləyir. O, iş yoldaşlarına hücum etmir, çünki o özünü daima acıqlı olan “köhnə insandan” ayırıb.
Hətta İsa, günahsız olsa da, insan olaraq güclü imtahanlarla üzləşirdi, xüsusi ilə də 40 gün oruc tutduğu zaman (Matta 4). Amma İsa o imtahanlarla bir olmaqdan imtina etdi. O hər bir vəziyyətdə Atanın iradəsinə ehtiram göstərməyi seçdi.
“Mənim yox Sənin iradən olsun”. Şəxsi çarmıxı götürmək bu deməkdir.