понедельник, апреля 26, 2010
"Qalib" Dr. Karl Stivens
26 Aprel
QALİB
Romalılara 1:5 – “Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq”.
Lütf reallıqdır. Bunun nə olduğunu və məni haraya apardığını anlamalıyam. Romalılara 1:5 mənə göstərir ki, məhz lütfün bu gözəl idarəçiliyi sayəsində mən itaətkar olmağı öyrənirəm. Mən lütflə tabe oluram! Mən Allahın Kəlamına və Müqəddəs Ruha lütf vasitəsi ilə tabe olduğum zaman Müjdə bütün xalqlara vəzn olunur.
Bunun nə cür baş verdiyini görürsünüz? Biz böyüyüb, insanları şagird edəndə, onları sevib ehtiram göstərəndə, biz bir-birimizlə eyniləşib, bir-birimizin qayğısına qalırıq. Sonra Allah bizə rəhbərlik edəndə, biz öz Yerusəlimimiz, Yəhudeyamız, Samariyamız və hətta yer üzünün sonuna qədər hər yerdə yayılacağıq.
Biz bu həyatımızı fani şeylərə yayınmadan yaşamalıyıq. Biz ikiüzlülük ilə yaşamamalıyıq, amma İsa Məsihə və yalnız Ona baxaraq, gözlərimiz nurla dolu olmalıdır. Ona görə də Səmalarda Hakim önündə durub və “Qalib!” sözünü bəyan olunmasını eşidəndə, biz Onun bizdə gördüyü möhtəşəm işinin tamamlanmasını görəcəyik.