пятница, апреля 02, 2010
"Lütfün Hədsiz Böyüklüyü" Dr. Karl Stivens
2 APREL
LÜTFÜN HƏDSİZ BÖYÜKLÜYÜ
Romalılara 14:4 – “Sən kimsən ki, başqasının xidmətçisini mühakimə edirsən? O xidmətçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına məxsusdur. Xidmətçi haqlı çıxacaq, çünki Rəbb onu haqlı çıxarmağa qadirdir”
Ürəyində Tanrı Sözü məskunlaşan imanlı elə arxayın olur ki, Müqəddəs Ruh lütfün bolluğu ilə axır. Məzmurlar və nəğmələr ürəkdə canlı olur. Rəbbin şəxsi hüzurunun bolluğu Onun təbiətinin vəhyində təzahürünü tapır. İnsan elə bir imana daxil olub ki, o iman Tanrının vədləri, Onun məhəbbəti və Məsihlə ünsiyyətdə istirahət edir.
İnsanlar, vəziyyətlər, bədbəxtliklər, mənfilik artıq belə bir insana təsir göstərmir. Onun emosiyalarına qarşı çıxan bütün bu şeylər onun Məsihdən aldığı özünü təsəvvürünü yaralaya və ya korlaya bilməz. O artıq müvəffəqiyyətsizlikləri ilə məşğul deyil. O etiraf edir ki, müvəffəqiyyətsizlik müvəqqətidir, çünki, o heç vaxt Məsihdə olan mövqeyini itirməyəcək.
Biz Məsih vasitəsilə Tanrıda gizlədilmişik. Buna görə də bizim müvəffəqiyyətsizliklərimiz Sevimlidə qəbul olunmamızı ləğv edə bilməz.