четверг, апреля 15, 2010

"Uduşlu İntizarlar" Dr. Karl Stivens


15 Aprel

UDUŞLU İNTİZARLAR

Qalatiyalılara 5:16-17 – “Lakin əgər siz bir-birinizi dişləyib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz. Mən bunu deyirəm: Müqəddəs Ruha görə hərəkət edin, o zaman siz cismani təbiətin arzusunu əsla icra etməzsiniz”.


Bəzi xristianlar düşünür ki, onlar ümidsizlik, qorxu, narahatçılıq və məyusluq içində yaşayaraq, Allahı izzətləndirirlər. Onlar belə deyirlər: “Bu həftəm pis keçdi, amma düşünürəm ki, Allah mənim üçün elə bunu istəyirdi”.

Xeyr, əzizlərim, Allah sizin üçün həftənin pis keçməsini istəmirdi. Allah istəyir ki, bizim əqllərimiz, iradələrimiz və emosiyalarımız sülh içində olsun. Allah bizim əqlimizi dəyişən və yeniləşən görmək istəyir, çünki biz Onun adamlarıyıq.

Allah bizi canlandıra bilər ki, Onun vədlərinin paklığından ləzzət alaq. Biz İsa Məsihə olan imanımızla iblis üzərində olan qələbənin sevinci ilə yaşaya bilərik. Allah istəyir ki, biz vəziyyətlərin dualarımız vasitəsilə dəyişməsini görək.

2 Padşahlar kitabında, Elişanın nökəri bayıra baxıb onları mühasirəyə alan qoşunu görür. Amma Elişa dua edir və Allah nökərin gözlərini açır və onları qoruyan Onun alovlu arabalarını göstərir.

Bizim bu cür nəzərimiz olmalıdır. Hər zaman və hər bir şəraitdə Allahın bizimlə olduğunu görən ürəyimiz olmalıdır. Bizim intizarımız qalibin intizarı kimi olmalıdır, çünki Tanrı hər zaman bizə udmaq imkanını verir.