среда, апреля 21, 2010

"İşıqda yaşayaraq" Dr. Karl Stivens


21 Aprel

İŞIQDA YAŞAYARAQ

2 Korinflilərə 3:17-18 – “Rəbb Ruhdur, Rəbbin Ruhu haradadırsa, azadlıq da oradadır. Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır”.


İşıq daxil ola biləcəyi hər bir yerə hökmən daxil olacaq. Qaranlıq da girə biləcəyi hər bir yerə girəcək. İşıq həmişə qaranlığa qalib gəlir, amma qaranlıq da işığı örtə bilər. Əgər evdə işıqları söndürsəm, nə vaxt isə işıq olan yerə qaranlıq çökür. Amma mən işığı yandıranda, işıq yenidən qayıdaraq qaranlığa qalib gəlir.

Allah Kəlamının güzgüsünə baxaraq, biz dəqiq işığın əksini qəbul edirik və izzətdən izzətə Allahın surətinə dəyişilirik. Burada İzzət o deməkdir ki, Allahın ilahi təbiətinin mahiyyəti bizim insaniliyimiz vasitəsi ilə əks olunur. Bu o deməkdir ki, biz müəyyən anda lazım olan Allahın təbiətinin dəqiq atributunu əks etdiririk.

Allahın ilahiliyi bizim insaniliyimizi idarə etməyə başlayanda, bizim insaniliyimiz Allahın ilahiliyi üçün bir alətə çevrilir. Biz Allahla birlikdə qəlbimizin mahiyyətində əməkdaşlıq edirik və anlayırıq ki, bizim hələ də fərdiliyimiz var, amma indi bu fərdiliyimiz Allahın ilahi həyatı ilə örtülüb.