четверг, апреля 22, 2010

"Alllahın Xilqəti" Dr. Karl Stivens


22 Aprel

ALLAHIN XİLQƏTİ

Efeslilərə 2:10 – “Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməlləri yerinə yetirmək üçün Məsih İsada yaradıldıq”.


İnsanlar həmişə sizi olduğunuz kimi sevmir. Siz pis olanda və ya səhv edəndə onlar sizi rədd edirlər. Amma Allah sizi olduğunuz kimi sevir. O istəmir ki, biz günah edək, amma hətta biz günah edəndə belə O bizi sevir.

Yadda saxlayın ki, Allah sizi olduğunuz kimi sevir. Siz də özünüzü olduğunuz kimi sevməyi öyrənməlisiniz. Mən günahda yaşamaq və ya Allahın lütfünü günah etmək üçün bir imkan kimi qəbul etməkdən danışmıram, amma dediyim odur ki, Allah sizi güclü halınızda sevdiyi kimi, zəif halınızda da eyni ilə sevir.

Allah bizi həm güclü, həm də zəif tərəflərimizlə qəbul edir. O istəyir ki, biz Onun Kəlamı, Ruhu və səbri vasitəsi ilə inkişaf edək. Allah səbirli, xeyirxah və lütfkar olacaq. İstədiyimiz kimi ola bilmədiyimiz vəziyyətdə belə O bizə dəyişikliklər vasitəsi ilə kömək edəcək.