суббота, апреля 03, 2010

"Ruhani Təkan" Dr. Karl Stivens


3 Aprel

RUHANİ TƏKAN

Zəbur 84:7 – “Bu adamlar getdikcə qüvvət alarlar, Sionda – Allahın hüzurunda olarlar”.


Ruhani təkan sizin lütfdə və bilikdə maneyəsiz olaraq böyümənizin inkişafını göstərərək təyin edir. Təcrübə vadisində sınaqlar gələndə siz qüvvətdən-qüvvətə keçirsiniz.

Təkan, ilahi impuls artıq Əhdi-Cədid fikirləri ilə dolan yeni qəlbin dikəlməsini bütövlükdə əhatə edir. Sizin tamamilə yeni həyatınız var. Bu fenomenal təkandır, siz göylərdən olan fikirləri əks etdirirsiniz və Tanrının təbiətini açırsınız. Siz yeni məxluqun nə olduğunu anlayan xristianlarsınız.

Bu yeni həyat ruhanı şəkildə suvarılmış bağ kimi fəaliyyət göstərən qəlbə daxil olur. Müqəddəs Ruh bizə Öz həyatını ötürür və bizi yıxılmaqdan qoruyur (Yəhuda 24). O həyat bizdədir və bizi irəliyə doğru aparmaqda dayanmır.