понедельник, апреля 05, 2010

"Tanrının Həyatını Tap" Dr. Karl Stivens


5 Aprel

TANRININ HƏYATINI TAP

Koloselilərə 3:3 – “Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb”.


Mən Tanrının iradəsini dini cəhtlərlə yerinə yetirə bilərəm. Xristian həyatını yaşamağa çalışmayacağam. Bu mümkünsüzdür. Bunun yerinə mən Tanrının Kəlamını qəbul edəcəyəm və icazə verəcəyəm ki, Məsihin əqli və Müqəddəs Ruhun qüdrəti Tanrının padşahlıqının məndə bərqərar olması üçün bir vasitəyə çevrilsin.

Lütflə iman vasitəsi ilə mən subyektiv söhbətdən irəli gələn obyektiv dəyişikliyi qəbul edirəm. Əgər mən qəlbi həyatımı itirsəm, Tanrının həyatını tapacağam. Tanrı Öz Oğlunu belə qiymətləndirir: “Sən layiqsən”. Ata məni Məsihdə gizlədilmiş görür. Buna görə də O məni də layiq görür. Amma, mənim etdiklərimə görə deyil, İsanın mənim üçün etdiklərinə görə.

Onun xasiyyətini düzgün qiymətləndirərək, şəxsi çarmıxımı götürəndə anlayıram ki, Atanın mənim həyatım üçün verdiyi təminata layiqəm, çünki, mən Onun Oğlunda gizlədilmişəm. Beləliklə mən meylimi səmavi şeylərə salıram və məni yaradan Kəsin surətinə dəyişərək yeniləşirəm.