суббота, мая 01, 2010
"Misilsiz Kəlam" Dr. Karl Stivens
1 MAY
“MİSİLSİZ KƏLAM”
Yəhya 6:68 – “Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözlərini söyləyən Sənsən”.
İcazə verin sizə çatdırım ki, Bibliyanı əlimizdə tutub, səhifələrini çevirmək, onun əmrlərini canımıza çəkmək və həqiqətindən həzz almağımız üçün sadə insanlar böyük qiymət ödəyiblər.
Mən bu Kitaba və ya onda deyilən şeylərə qarşı laqeydlik göstərmək istəmirəm. Mən onun nəsihətini və dəqiqliyini, paklığını, müqəddəsliyini və salehliyini unutmaq istəmirəm. Tanrının Kəlamı itmişləri udmaq üçün böyük çağırışı və yer üzünün sonuna qədər Müjdə ilə getmək şərəfini verir. O, şagirdlər etmək üçün gözəl nəsihətə malikdir. Bibliyanın gözəl prinsipləri deyir ki, biz bir-birimizi sevək və Məsihin Öz Kilsəsi üçün etdiyi kimi biz də həyatımızı qoyaq.
Asandır demək ki, biz Bibliyaya inanırıq, lakin digər bir şey odur ki, biz ona həyatımızın əsas yerini tutub, onun hər bir hissəsini idarə etməyə icazə verək. Asandır demək ki, Bibliya həqiqətdir, lakin digər bir şey odur ki, Bibliyada hər bir problem və dua üçün həll yolunun və cavabın olmasını deməkdir. Tanrının Kəlamı Müqəddəs Ruhun ilhamlanması ilə yazılmış və İsa Məsihin şəxsində bəşər olmuşdu. Onun istəyi odur ki, yazılmış Kəlam ürəklərimizdə canlı Həqiqətə çevrilsin və biz ətrafımızda olan hər kəs üçün canlı məktub olaq.