пятница, мая 07, 2010

"Sadiq olmaq" Dr. Karl Stivens


7 MAY

“SADİQ OLMAQ”

2 Korinflilərə 4:10 – “İsanın ölümünü bədənimizdə həmişə daşıyırıq ki, Onun həyatı bədənimizdə aydın görünsün”.


Bu son zamanlarda mən bir şey üçün dua edirəm ki, Tanrı mənə sadiq qalmağa kömək etsin. Zindanda olan məşhur rus imanlısı daima dua edirdi: “Tanrım məni ölümə qədər sadiq saxla. Sadiq saxla! İcazə vermə ki, mən başqa kimsə olum, lakin yalnız sadiq qalım”.

Hər bir Tanrının övladı gündəlik sadiq olmağın vacibliyi haqqında bilməlidir. Sadiq olmaq ki, sizin vasitənizlə Tanrının lütf və qüdrətinin görsənməsinə icazə verəsiniz. Ah, sadəcə sadiq olmaq nə qədər də vacibdir! Həyatınızda öz işini görməyə Çarmıxa icazə vermək üçün sadiq olmaq.

Çarmıxı yaşama təcrübəsindən canlı sular axacaq. Tanrı xasiyyətinin axını bizdən axacaq, çünki biz özümüzü inkar edib, çarmıxımızı götürdük. Zəiflikdə qüdrət var: İsa Məsihin hərəkətdə olan qüdrəti.