среда, мая 12, 2010
"Lütfü görməyi seçin" Dr. Karl Stivens
12 MAY
“LÜTFÜ GÖRMƏYİ SEÇİN”
Efeslilərə 3:10-12 – “Ona görə ki Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmavi aləmdəki başçılara və hakimlərə bildirilsin. Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu. Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və e’tibarla yaxınlaşa bilirik”.
Lütf bizə qələbə üçün səlahiyyət verir, o qələbənin rəmzidir və daimi təzələnmə üçün dəyişmə gücüdür. Köhnə - ehtiras, qürur və təkəbbür – keçdi, və lütf daxil olur ki, bizi tam yeni edərək, qabiliyyətimizi sabitləşdirsin. Biz həqiqətən daima dikəldilmiş, yaradıcı, fəal, xoşbəxt və şən ola bilərik. Müqəddəs olmuş günahkarlarla Tanrı Öz həyatı ilə bölüşəndə bu şeylər baş verir.
Biz görməyi seçirik ki, lütf kişi və ya qadında onu sadəcə qəbul etməkdən daha böyük şeyləri etməyi seçir. Biz onu adsorbsiya etməyi, anlamağı və onda imanla yaşamağı seçirik. Sonra biz Tanrını tanımayan dünyada lütfü bəyan edən alətlərə çevrilirik.
Biz İsa Məsihin elçiləriyik ki, dünyada günahkarlara lütf və məhəbbəti göstərək.