четверг, мая 06, 2010

"Zəif olmaq arzusu" Dr. Karl Stivens


6 MAY

“ZƏİF OLMAQ ARZUSU”

2 Korinflilərə 13:4 – “Çünki O, zəiflik içində çarmıxa çəkildiyi halda Allahın qüdrəti ilə yaşayır. Biz də Onda zəifik, amma sizin xeyriniz üçün Onunla bərabər Allahın qüdrəti ilə yaşayacağıq”.


İsa zəiflik ilə iman arasındakı əlaqəni nümayiş etdirdi. O, zəiflik içində çarmıxa çəkilmişdi: “Çünki O, zəiflik içində çarmıxa çəkildiyi halda Allahın qüdrəti ilə yaşayır”. O zəif olmağa məcbur deyildi, O zəif olmaq istəyirdi. Onu məqsəd aparırdı ki, o da bəyan olunmalı idi.

Rəbb İsa Məsih deyir ki, zəiflik üçün gözəl səbəb var. Əgər İsa əzablar çəkib Öz qanını axıtmasaydı və Çarmıxda ölməsəydi, onda heç bu barədə danışmaq da lazım deyil ki, hər birimiz cəhənnəmə getməli idi. Əgər İsa Onu çarmıxdan qurtarmaq üçün on iki legion mələyi çağırsaydı, hər birimiz itmiş olub, Məsihsiz olan əbədiyyət yolunda qalardı. Lakin O qərara gəldi ki, Öz insan zəifliyində əzab çəksin. O istədi ki, Onu çarmıxa çəkib öldürsünlər.

Siz və mən zəif olduğumuz zamanlardan keçməyə çağırılacayıq. Niyə? Həmin anlarda Tanrının qüdrətini göstərmək üçün.