понедельник, мая 03, 2010
"İmanla Gəzinti" Dr. Karl Stivens
3 MAY
“İMANLA GƏZİNTİ”
2 Korinflilərə 4:13 – “«İman etdim, buna görə danışdım» deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq. Çünki bilirik ki, Rəbb İsanı dirildən Allah bizi də İsa ilə birlikdə dirildib sizinlə birgə Öz hüzuruna çıxaracaq. Bütün bunlar sizə görədir. Belə ki Allahın lütfü çoxalıb daha çox insana ehsan olunsun və Onun izzəti üçün daha çox şükür edilsin”.
İmanla hərəkət hər bir imanlı üçün gərək təbii olsun. Biz Tanrıya izzət vermək üçün yaradılmışıq. Onun bizə olan məhəbbətinə və mərhəmətinə imanla hay verəndə, Tanrı istəyir ki, əql ilhamlanmanın mərkəzinə çevrilsin. Biz gərək səmalar ilə cəhənnəm arasında baş verən mələk münaqişəsinin ortasında Məsihlə məşğul olaq.
Qəribədir ki, həyatlarını imanla yaşayan xristianlıları tez-tez radikal və qeyri-normal kəsləri kimi damğalayır və ələ salırlar. Tez-tez bu cür ittihamlar o insanlardan gəlir ki, onlar İsa Məsihi tanıdıqlarını deyirlər. Bu onu göstərir ki, iblis bəzi imanlıların aldanmasında xeyli irəliləyib.
Əgər mənim əqlim Məsihlə məşğuldur və Kəlamın ilhamlanması məndədirsə, onda hətta sınaq və cəhənnəm mənə qarşı dursa belə mən Tanrını göstərmək üçün canlandırılacam.