вторник, мая 04, 2010

"İman Hakimiyyəti" Dr. Karl Stivens


4 MAY

“İMAN HAKİMİYYƏTİ”

Romalılara 10:17 – “Beləliklə, iman xəbəri eşitməklə, xəbəri eşitmək də Məsihin kəlamının təbliğ olunması ilə gəlir”.


Beləliklə, iman xəbəri eşitməklə, xəbəri eşitmək də Məsihin Kəlamının təbliğ olunması ilə gəlir. Kəlamı nə qədər çox eşidirəmsə, bir o qədər çox imanımda hakimiyyət olacaq.

Yazılıb! “Kəlamının açıqlanması nur saçır” – Zəbur 119:130 deyir. Əgər mən həyatımda nur istəyirəmsə, onda mən Tanrı Kəlamının daxil olmağına icazə verməliyəm. Mən Onun Kəlamının nə qədər çox daxil olmağına icazə verirəmsə, bir o qədər də çox mən Onun ruhani hakimiyyətinin təminatına, müdafiəsinə və qüdrətinə iman edəcəyəm. Roma yüzbaşı Matta 8-də bunu anladı və bu, İsa Məsihə təəssürat göstərdi.

Yüzbaşı İsanın hakimiyyətini tanıdı və Ona bu, hakimiyyəti göstərməyə icazə verdi. “Ancaq bir söz söylə” – o, İsaya dedi. Bu, əsgər üçün kifayət idi və o, imanla getdi ki, hər şey İsanın dediyi kimi olacaq.